"Sərnişinləri pulla daşıyan sürücülərlə bağlı ciddi tədbir görüləcək" - <span style="color:red;">BNA
04 iyul 2018 11:04 (UTC +04:00)

"Sərnişinləri pulla daşıyan sürücülərlə bağlı ciddi tədbir görüləcək" - BNA

 

Əvvəlcədən məlumat verildiyi kimi, iyulun 3-ü saat 19 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, bununla əlaqədar daşıyıcılara müəyyən göstərişlər verilib.

 

Həmçinin qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin: "Bildiririk ki, bu və xüsusi rejimlə bağlı digər tapşırıqları yerinə yetirməyən, sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək. Bununla bağlı sosial şəbəkələrdən və KİV-dən daxil olan bütün müraciətlər qeydə alınır və vəziyyət normallaşdıqdan sonra zəruri tədbirlərin görülməsi təmin ediləcək"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar