Unibank peşə bayramları münasibəti ilə prokurorluq işçiləri, poçt əməkdaşları, müəllimlər, yanğınsöndürənlər, dəmir yolu işçiləri və energetiklər üçün kredit faizlərini endirdi. Bu peşələrin sahibləri oktyabrın 30-dək, Unibank filiallarından 3 faiz endirimlə kredit ala bilərlər. Dəyərli peşə sahibləri bank filiallarından maksimal 7500 AZN-dək və 48 ay müddətinədək kredit götürə biləcəklər. Üstəlik hər bir müştəriyə minimum 300 AZN balanslı üzvlük kartı da hədiyyə edilir. Unibank 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Qeyd edək ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)
və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.