(R) Serbistan Vettel şəxsi  INFINITI –si olan  FX Vettel Edition-u təslim aldı
04 iyul 2013 11:17 (UTC +04:00)

(R) Serbistan Vettel şəxsi INFINITI –si olan FX Vettel Edition-u təslim aldı

İnfiniti Performans direktoru Sebastian Vettel 26 yaşını qeyd etdiyi gün yeni xidməti avtomobil kimi FX Vettel Edition-u təslim aldı. Üçqat Formula-1 üzrə dünya çempionunun birbaşa iştirakı ilə işlənilmiş və cəmi 150 ədəd istehsal edilən SUV-un 001 nömrəli olanı onun İsveçrədəki evinə  çatdırıldı.

 

FX Vettel Edition İnfiniti model sırasının ən güclü modelidir və debütunu 2012-ci ildə Goodwood Sürət Festivalında etmişdır. Proyekt Sebastian Vettelin İnfiniti avtomobillərinin inkişafında daha aktiv iştirakının başlanğıcı oldu və bu da öz növbəsində onun 2013-cü ilin aprel ayında premium brendin Performans Direktoru təyin olunmasına gətirib çıxardı. O vaxtdan onun işinə inkişaf və müqayisəli test-drive, həmçinin, bütün dünyada İnfiniti komandasi ilə mühəndislik brifinqində iştirak daxil olub.

 

İnfiniti FX Vettel Edition Qərbi Avropa, Yaxın Şərq və Rusiyada satışdadır. Vettel avtomobillə bağlı fikirlərini belə bölüşüb: “Mən dizaynında iştirak etdiyim İnfiniti modelinə sahib olmaqdan qürur duyuram. O, yaxşı performansa və rahat idarəetməyə malikdir və mənim gündəlik həyat tərzimə tam uyğundur. FX Vettel Edition modelini idarə etmək böyük zövqdur və onun unikallığı mənim çox xoşuma gəlir. Mən əminəm ki, digər İnfiniti sahibləri də eyni hissləri keçirəcəklər”.

  

NURGÜN Motors” şirkəti Azərbaycan bazarında İNFİNİTİ brendinin rəsmi distribütorudur. Şirkət İnfiniti markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Nurgün Motors”un salonlarından alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

 

İNFİNİTİ – BU, RUHLANDIRAN PERFORMANSDIR

Əlavə məlumat üçün ünvan və telefonlar:

Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31

Tel.: (+99412) 448 17 65

E-mail: infiniti@nurgun.az

Web: www.infiniti-azerbaijan.com

http://www.facebook.com/infinitiazerbaijan

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420
avatar

Oxşar yazılar