(R) Jacadi Paris – həyatın ilk günündən yaraşıq!
16 dekabr 2013 11:29 (UTC +04:00)

(R) Jacadi Paris – həyatın ilk günündən yaraşıq!

Həyatın mənası – uşaqlardır. Uşaqlar – həyatın rəngidir. Yaxşı nə varsa – uşaqlara… Bu ifadələr artıq çoxdan sübuta ehtiyacı olmayan həqiqətə çevrilib. O halda niyə zövqlü analar heç də hər zaman öz körpələrinə əsl keyfiyyətli və yaraşıqlı paltarlar tapa bilmirlər?!

 

Bu günlərdə Bakının mərkəzində ilk mağazasını açan Jacadi ailəsi məhz bu suala cavab verib. Xarici səfərlərdə olanlarımızın çoxu Jacadi Paris-i ən üstün keyfiyyətli uşaq geyimlərinin istehsalçısı kimi tanıyır. Yeri gəlmişkən, bu brend yarandığı gündən dünyada məşhur olub və 30 ildən artıqdır ki, Parisdən Nyu-Yorka və Sidneyə qədər dünyanın hər yerində Jacadi Paris-in geyimlərini alırlar.

 

Bəs Jacadi Paris-i sevdirən nədir? Bu suala belə cavab vermək olar ki, fransız cazibədarlığı ənənəsinə əsaslanan dizaynerlər, dünyaya gəldiyi gündən 12 yaşına qədər olan uşaqlar üçün hazırladığı geyimlərlə balacaların da, onların valideynlərinin də ürəklərini fəth edir. Jacadi-nin başlıca məqsədi uşağa hələ balacalıqdan geyim zövqü və bacarığı aşılamaqdır. Jacadi-dən alınan hər bir əşya keyfiyyəti, zərifliyi və eleqantlığı özündə birləşdirir, demək ki Jacadi qarşıya qoyduğu işin öhdəsindən gəlir.

 

Keyfiyyətə gəldikdə, geyim, ayaqqabı, oyuncaq və mebellərin hazırlandığı materiallar allergiya yaratmayan, ekoloji təmiz materiallardır və uşaq mallarına qoyulmuş bütün təhlükəsizlik tələblərinə cavab verirlər.

 

Uşaq geyimlərinin modelləşdirilməsi – bu, bütöv bir elmdir və Jacadi bu elmi kamil şəkildə mənimsəyib: geyim və ayaqqabılar yaş xüsusiyyətləri, bu və ya digər yaşdakı aktivlik və uşaqlara xas hərəkətlilik nəzərə alınaraq hazırlanır. 

 

Bəs Jacadi Paris-in kolleksiyaları necə hazırlanır? Bu, hər dəfə bir bitkin və vahid ideya üzərində qurulan tematik kolleksiyalardır. Məsələn, 13/14 qış kolleksiyası bizi meşə rəngləri ilə sevindirir. Bu geyim özündə parçaya həkk olunmuş inanılmaz, möcüzəli, sadəlövh meşə nağılını əks etdirir. Və hər nağılda olduğu kimi, oğlanlara kişiliyi öyrədir, qızları isə balaca şahzadəyə çevirir. Jacadi-nin dizaynerləri qız uşaqlarının geyimlərinə xüsusi diqqət ayırırlar. Rəngli çeşnilər, həndəsi naxışların düzümü bu ciddi elmi maraqlı uşaq oyununa çevirir!

 

Açıq deyək, bunlar o qədər kübar və müasir dəb trendlərinə cavab verən kolleksiyalardır ki, yaşlı dəb ustaları da bu geyimlərin böyük ölçülərinin olmamasına təəssüflənirlər.

 

Söhbət daha çox geyimdən getsə də, qeyd etməyə dəyər ki, Jacadi Paris bir neçə kateqoriyada məhsullar təklif eləyir: yeni doğulmuşlar üçün hədiyyələr, yeni doğulmuşlar üçün cehiz dəsti, uşaq mebeli, uşaq paltarları, uşaq ayaqqabısı, uşaqlara qulluq etmək üçün müxtəlif mallar və tematik hədiyyə kolleksiyaları.

 

Müştərilərin istəklərini dinləməyə hər zaman hazır olan gülərüz personal, məsləhətçiləri ayrıca qeyd etməyə dəyər.

 

Xatırladaq ki, Jacadi Paris mağazası Bakının mərkəzində Səməd Vurğun küçəsi 3 ünvanda yerləşir və hər gün saat 11:00-dan 20:00-dək yolunuzu gözləyir.

 

Bakıdakı Jacadi Paris mağazası haqqında daha ətraflı məlumatı hər zaman yenilənən www.facebook.com/JacadiBaku səhifəsindən də ala bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938
avatar

Oxşar yazılar