(R) İlin ən çox bəyənilən “Bank səhifəsi”
28 dekabr 2013 11:25 (UTC +04:00)

(R) İlin ən çox bəyənilən “Bank səhifəsi”

Banker.az saytı 2013-cü ilin yekunları üzrə bankların sosial şəbəkələrdəki aktivliyini təhlil edən araşdırmalarının nəticələrini açıqlayıb. Ilin yekunlarına görə, ən çox bəyənilən (like-ların sayı) və müzakirə edilən (talking göstəricisi yüksək olan ) bank səhifələrinin siyahısı müəyyənləşdirilib. Birinci pillədə hər iki göstərici üzrə lider olan Unibank dayanır. Unibankın facebook səhifəsini bəyənənlərin sayı 169 389 nəfər olub, müzakirə edənlər isə 7368 nəfəri keçib. Əvvəlki araşdırmalardan fərqli olaraq, bu dəfə AtaBank səhifəsini bəyənənlərin sayı artmıb və o bir pillə irəliləyərək DəmirBankı geridə qoyub. Bu dəfəki siyahıya istifadəçi sayı 12, 289 olan Bank Silk Way də daxil olub.

Növbəti sıralama isə belədir:

 

Bank of Baku: bəyənənlər 133,248, müzakirə edənlərin sayı 3,018

Bank Respublika: bəyənənlər 80,930, müzakirə edənlərin sayı 2,109

Parabank ASC: bəyənənlər 58,142, müzakirə edənlərin sayı 166

AtaBank: bəyənənlər 52,666, müzakirə edənlərin sayı 2,509

DəmirBank: bəyənənlər 48,610, müzakirə edənlərin sayı 1,192

TBC Kredit: bəyənənlər 39,859, müzakirə edənlərin sayı 108

AGbank Ekspress: bəyənənlər 29,817, müzakirə edənlərin sayı 101

Bank Standard: bəyənənlər 28,822, müzakirə edənlərin sayı 614

Yapı Kredi Bank Azərbaycan: bəyənənlər 23,495, müzakirə edənlərin sayı 368

AccessBank : bəyənənlər 22,256 , müzakirə edənlərin sayı 232

Bank Technique: bəyənənlər 15,863, müzakirə edənlərin sayı 458

Kapital Bank: bəyənənlər 13,129, müzakirə edənlərin sayı 281

SW Bank Miles: bəyənənlər 12,389, müzakirə edənlərin sayı 856

Bank of Azerbaijan: bəyənənlər 10,869, müzakirə edənlərin sayı 58

Amrahbank: bəyənənlər 10,801, müzakirə edənlərin sayı 35

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571
avatar

Oxşar yazılar