Golden pay ödəmə sisteminə “Telecom İnvest” internet provayderi də qoşulmuşdur.
İndi Telecom Invest provayderinin istifadəçiləri də öz internet ödənişlərini Golden Pay ödəmə sistemi ilə və hesab.az onlayn ödəniş xidmətləri portalı vasitəsilə həyata keçirə biləcəklər.
Bunun üçün onlayn ödəmələr portalında qeydiyyatdan keçmiş istifadəçilər “Şəxsi kabinet”də “İnternet” bölməsini seçməli, provayderi göstərib, şəxsi abonent kodlarını əlavə etməlidirlər.
Beləliklə, Telecom Invest müştəriləri artıq öz ödənişlərini onlayn rejimdə həyata keçirərək, vaxtlarına qənaət edə biləcəklər. Üstəlik bu zaman hesab.az portalının bonuslarını da əldə edəcəklər.
Golden Pay bank kartları vasitəsilə 300 dövlət və özəl şirkətlərinin xidmətlərinin onlayn ödənişlərini həyata keçirir. Hazırda ani ödəmələr sistemindən 100 mindən çox insan istifadə edir.
Bütün transaksiyalar real vaxt rejimində baş verir, tam qorunur və heç bir komissiya tutulmadan aparılır. Golden Pay ödəmə texnologiyasının bazasında fəaliyyət göstərən Hesab.az portalı istənilən bankın plastik kartları vasitəsilə mobil və stasionar rabitə vasitələrinin , internet provayderlərin, kabel televiziyalarının və kommunal xidmətlərin ödənişlərini həyata keçirməyə imkan verir.
Hesab.az portalında hər bir qeydiyyatdan keçmiş istifadəçi “Şəxsi kabinet”də öz ödəmələrinin tarixini apara bilir. Bundan başqa, hesab.az portalında onlayn ödənişləri həyata keçirən zaman bonuslar qazanmaq imkanı yaranır. Bu bonuslar vasitəsilə istifadəçilər auksionlarda iştirak etmək, dəyərli hədiyyələr qazanmaq fürsəti qazanırlar.