(R) Bolkart sahibləri üçün “2 il sevirik, sevilirik” aksiyası başlayır
11 oktyabr 2013 11:11 (UTC +04:00)

(R) Bolkart sahibləri üçün “2 il sevirik, sevilirik” aksiyası başlayır

“Bank of Baku” Bolkart kredit kartının dövriyyəyə buraxılmasının 2 illiyi münasibətilə kart sahibləri üçün “2 il sevirik, sevilirik” aksiyasına başlayır. Aksiya çərçivəsində 150.000-dən çox Bolkart sahibini müxtəlif kampaniya, uduşlu müsabiqə və yeni fürsətlər gözləyir. “Sevirik, sevilirik” aksiyasında kart sahibləri daha əlverişli şərtlərlə və yeni məkanlarda alış-veriş imkanı, hədiyyələr, bayram öncəsi nağd vəsait əldə edəcək və digər üstünlüklər qazanacaq.

Bolkart sahiblərindən yalnız bu aksiyada fəal iştirak etmək tələb edilir.

“Bank of Baku”-ya məxsus olan Bolkart Azərbaycanın hissə-hissə ödənişli ilk kredit kartıdır. “Bank of Baku”  Bolkartı 2011-ci  ilin 19 oktyabr tarixində kütləvi dövriyyəyə buraxıb. Ötən qısa müddət ərzində Bolkart böyük populyarlıq qazanıb və bu gün liderliyini əminliklə saxlamaqdadır.

Bolkart-la ölkəmizin geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Bolkart MasterCard-dan isə xarici ölkələrdə və internetdə də geniş istifadə etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq olar.

Bolkart-ın maksimal balansı 5.000 manata qədərdir. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Bolkartın əsas üstünlüyü alınan malın dəyərini 1, 3, 6 və ya 12 aya bərabər hissələrə bölüb  ödəmək imkanından ibarətdir. Bolkart  müştəriyə pulsuz təqdim edilir. Bolkart sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir, onlar həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını da əldə edir.

“2 il sevirik, sevilirik” aksiyası barədə daha ətraflı: www.facebook.com/Bolkart

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277
avatar

Oxşar yazılar