Abunəçilər 3 ay boyunca pulsuz 4GB internet paketi əldə edəcək
Avqustun 15-dən etibarən Azercell Telekom fakturalı xətt abunəçiləri üçün yeni kampaniyaya start verdi. Kampaniya çərçivəsində Samsung Galaxy Tab3 cihazlarını alan hər bir Azercell abunəçisinə ilk 3 faktura dövründə pulsuz 4 GB həcmində Mobil İnternet paketi təqdim olunur.
Kampaniya iştirakçıları 4-cü faktura dövründən başlayaraq 4GB Mobil İnternet paketi üçün ayda 9 AZN abunə haqqı ödəyəcək. Həmin müddət ərzində internet paketinin həcmi vaxtından əvvəl bitərsə, abunəçi yenə də ödənişsiz olaraq internetdən istifadə edir. Sadəcə bu halda mobil internetin sürəti 128 kbit/s–dək endirilir.
Kampaniyada Samsung Galaxy Tab 3 cihazlarının T2110, T3110 və P5200 modelləri iştirak edir. Abunəçi kampaniyaya qoşulmaq üçün öz fakturalı xəttindən istifadə edə, yaxud Galaxy Tab cihazını yeni nömrə ilə əldə edə bilər. Cihazları İntegral Plus, NLT Telekom, Kontakt, Azercell Ekspress diler mağazaları şəbəkəsindən almaq mümkündür.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.