(R) Azercell-də işləmək gənclər üçün maraqlıdır
31 may 2013 15:28 (UTC +04:00)

(R) Azercell-də işləmək gənclər üçün maraqlıdır

Növbəti karyera yarmarkalarına iştirak edən Azercell-ə gənclər tərəfindən maraq böyükdür

Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qaldı.

 

Belə ki, şirkət may ayının 17-də Azərbaycan Dövlət İqtisad  Universitetində keçirilən  tələbələr və məzunlar üçün Karyera Günü və Əmək Yarmarkası da iştirak edib. Bu yarmarkada Azercell öz fəallığı ilə seçilib. Şirkətin stendi tələbələrin böyük marağına səbəb olub. Eyni zamanda şirkət təmsilçiləri tələbələri maraqlandıran sualları da cavablandırdılar.

 

May ayının 31-i də Səbail Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilən digər əmək yarmarkasında da Azercellin ayrıca stendi nümayiş etdirilib. Azercell-in nümayəndələri məzunlar üçün informasiya sessiyaları təşkil edərək, vakant yerlər haqqında məlumat veriblər.

 

Məlumat üçün bildirək ki, Azercell indiyə qədər tələbələr üçün bir çox maraqlı layihələrə və proqramlara imza atıb. Artıq neçə illərdir ki, şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz şirkət tərəfindən təqaüd alırlar. Təqaüd proqramı ilə yanaşı Azercellin Təcrübə Proqramı da ildən-ilə tələbələrimizə təcrübə qazanmaq şansını yaradır. Şirkətin Barama layihəsi isə öz unikallığı ilə bütün gənclərin marağına səbəb olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722
avatar

Oxşar yazılar