Azərbaycana ilk dəfə olaraq, xarici avtomobil zavod istehsallı Azərbaycandilli naviqasiya sistemi ilə gətirilib. Hyundai markası yenilənmiş ix35-ə Azərbaycan dilində naviqasiya sistemini istehsal prosesi zamanı – Hyundai zavodunda quraşdırmağa başlayıb. Şirkət rəsmilərinin sözlərinə görə, bu, yeni ix-35-in daha mükəmməl olması yönündə atılan addımdır.
Belə ki, Hyundai-ın Avropada ikinci ən çox satılan modeli İX35 2014-cü il buraxılışında daha çox texnoloji üstünlüklərə malik olduğunu göstərib. İctimaiyyətə ilk dəfə bu ilin mayında Cenevrədə təqdim olunan modelə artıq Bakı küçələrində də rastlaşmaq mümkündür.
Cazibəli dizaynı ilə yüksək zövqə malik şəxslərin, xüsusilə də qadınların rəğbətini qazanan İX35 texnoloji yenilikləri ilə Hyundai-ın modern premium xəttinə sədaqətini nümayiş etdirir.
Salonunun içi, oturacaqlar, qapının yuxarı hissələri yüksək keyfiyyətli materiallardan hazırlanmış, havalandırma pəncərələri halqalı xromla əhatə olunmuşdur. Qabaq hissədə stəkan qoymaq üçün xüsusi yer və maşının şüşələrinə kölgə salan pərdələr İX35-in görkəmini gözəlləşdirir.
Modeldə böyük düymlük LCD mərk
Əsas texnoloji yeniliklərdən biri kimi FLEX STEER-I qeyd etmək olar. Bu sistem sükan rejiminin keyfiyyətini yüksəldərək, 3 rejim təklif edir. Yeni İX35 sahibləri indi sükanı daha rahat, idarə edə biləcəkləri - normal, rahat və sport rejimlərindən istədiklərini seçə bilərlər.
Bundan başqa, seçimdən asılı olaraq, avtomobilin transmissiyasında, mühərrik versiyalarında da bir sıra yeniliklər var.
Təkərlərin keyfiyyətini daha da artırmaq üçün avtomobildə ön parklama sensorları və ESC (elektron sabitliyə nəzarət) təhlükəsizlik funksiyaları mövcuddur.
Qaranlıqda rahat sürüş üçün daha çox işıqlandırma həllini Hyundai ilk dəfə olaraq tətbiq etdiyi, Bi-ksenon faralar və standart LED gündüz çalışan işıqlarda görür.
İX35 həmçinin yeni yüngül lehimli disklərlə təqdim olunur - son iki yan tərəfi boz metalla birləşən 16, 17 və 18 düymlük yüngül lehimli təkər dizaynı da mövcuddur.
Hyundai İX35-I yeniləməklə, 2010-cu ilin martından 2013-cü ilin martınadək təkcə Avropada 220.000 ədəd satılan modelinin Avropa istehlakçısının tələblərinə daha da yaxınlaşdırdığına əmindir.
Hyundai brendini Azərbaycanda yüksək servis standartları və orijinal ehtiyat hissələrini çox sərfəli qiymətlərlə təqdim edən, 17 ildən bəri müştərilərinin etibarını qazanmış Auto Azərbaycan şirkəti təqdim edir. Sosial mediada (youtube, instagram, facebook və s.) Hyundai Azərbaycan barədə məlumatları #hyundaiaz həştəqi ilə tapmaq olar.