(R) ALBALI-dan kimlər qazandı?
17 yanvar 2014 14:44 (UTC +04:00)

(R) ALBALI-dan kimlər qazandı?

Unibank-ın ALBALI kart sahibləri üçün  keçirdiyi  “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri  məlum oldu. Münsiflər heyəti tərəfindən elekton seçmə üsulu ilə seçilən 35 qalibdən 25-i 100 AZN, 5 nəfər 500 AZN, 5 qalib isə 1000 AZN pul mükafatına sahib oldular. Ümumilikdə, uduş tirajı 1 mln. 300 min şans üzrə keçirilib.Qaliblərin siyahısı unibank.az saytında və  “525-ci qəzet”in bugünkü sayında dərc olunub.

 

Qeyd edək ki, oktyabrın 24-dən  dekabrın 31-dək davam edən lotereya oyunu müddətində ALBALI kartı ilə (o cümlədən 28 Mall ALBALI kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəs lotereyada iştirak edib. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilib (28 Mall ALBALI ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndirilib).

 

Hər gün minlərlə vətəndaş, ölkənin 1000-dən artıq mağaza, supermarket və  ticarət mərkəzlərində ALBALI kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını  bankın istənilən filialından pulsuz almaq  mümkündür. 2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

 

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?

 

ALBALI – çox-çox sərfəli kart.

Unibank – hər kəsin bankı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999
avatar

Oxşar yazılar