(R) “Orifleym”dən Murad Arifin Paris tətili
30 sentyabr 2013 11:06 (UTC +04:00)

(R) “Orifleym”dən Murad Arifin Paris tətili

“Parisi görmək və ölmək”, məşhur yazıçı İlya Erenburq belə deyirdi. Uçuşa hazırlaşarkən mənim məşhur yazıçının məsləhətinə əməl etmək kimi niyyətim yox idi. Bununla belə Parisdə həqiqətən insanı valeh edəcək və şəhərin gözəlliyindən bihuş olaraq hər tərəfə car çəkmək istəyi qədər fövqəladə nə isə var. Nağıllar aləmi, arzular şəhəri. Uşaqlıqdan bəri dinlədiyim mahnılar, ailəm ilə birlikdə seyr etməyi xoşladığım filmlər artıq Parisin əzəmətindən xəbər verirdilər. Lakin, necə deyərlər, min dəfə eşidib, mahnı və filmlərlə virtual olaraq səyahət etməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Qısaca desək: “Mən Parisi gördüm və yaşamaq eşqim artdı!”.

Əvvəla, səyahətimin məqsədindən danışmaq istərdim. Ənənəvi olaraq, hər il İsveçin kosmetika şirkəti Orifleym ən uğurlu partnyorlarını işlərində əldə etdikləri müvəffəqiyyətlərinə görə təntənəli şəkildə mükafatlandırmaq məqsədilə Avropa və Aralıq dənizinin ən gözəl şəhərlərinə “Qızıl Konfrans”da iştirak etməyə toplayır. Bu il 2000 qonaq dəbin paytaxtı, Avropanın ən romantik şəhərlərindən biri olan Parisə toplaşmışdı. 

Düzünü deyim ki, satış direktorları sözün əsl mənasında istirahət edirlər. Hava limanının əməkdaşları qonaq axınının öhdəsindən çətinliklə gəlirdilər. Parisə gəldikdə Şarl de Qol adına hava limanında bizi Orifleymin əməkdaşları qarşıladılar, onların köməyilə Azərbaycan nümayəndələri avtobuslara yerləşdirilərək otelimizə yollandı.

İkinci gün bizi ən böyük arenaya – Paris İdman Sarayına apardılar. Orada salamlama tədbiri – Uğur rallisi keçirildi. Məhz orada Orifleym şirkətin yeni simasını təqdim etdi. Bu Qış Olimpiya oyunlarının çempionu, cazibədar Tatyana Navka idi. Şənliyin əsas bəzəyi məşhur müğənni İnqridin gözəl çıxışı oldu. Mən də jurnalist olaraq birbaşa vəzifəmi unutmayaraq gecənin hər iki ulduzundan müsahibə götürdüm.

Növbəti gün mən Rusiyanın MTV kanalının aparıcıları, həmçinin Orifleymin nümayəndələri ilə Paris Disneylendinə getdim. Ora o qədər böyükdür ki, bütün attraksionlarda yellənmək üçün bir gün kifayət etmədi. Lakin “təpələri” aşaraq kifayət qədər adrenalin aldıq.

Parisə gəlişimizin dördüncü günü proqram üzrə gəmidə Sena boyu romantik səyahət planlaşdırılmışdı. Mən güman edirdim ki, bu uzun müddət xatırlayacağım ən gözəl Paris gecələrindən biri olacaq, lakin bu qədər gözəl olacağını fərz etmək çətin idi. Xüsusilə nəfis mətbəxi qeyd etmək istərdim – qazın qara ciyərindən Fua qra, mal ətinin filesi trüfel ilə və əlbəttə ki, gözəl fransız şərabları. Bu haqda danışmaq azdır, bunları işıqları ilə yağışlı Paris axşamını işıqlandıran Eyfel qülləsinin yanından ötən gəmidə dadmaq lazımdır. Bütün bunların fonunda canlı musiqi və Edit Piaf, İv Montana, Dalida və Co Dassenin ən yaxşı mahnılarını ifa edən müğənni. Sözlər bu heyranlığı əks etdirkəmdə acizdirlər. Hər şey "La vie en rose" mahnısı kimi gözəl, həmahəng və romantik idi... 

Orifleymin Parisdə beşinci, sonuncu gününü mən Fransanın görməli yerləri ilə səbirsizliklə gözlədiyim görüşə sərf etdim. Luvra baş çəkdim, Mona Lizanı gördüm, NotreDam-a baxdım, Zəfər Tağında “çekin” etdim, əlbəttə ki, Eyfel qülləsinə qalxdım və bunu şəhərə gələn bütün qonaqlara israrla tövsiyə edirəm. Bunsuz sizin Paris səyahətiniz tamamlanmamış olacaq. Qüllənin ən yuxarısında elə hiss yaranır ki, sanki bütün Paris sizin əlinizin içindədir. Luvr tarixi rəsm və heykəltəraşlıq əsərləri ilə misilsizdir. İncəsənət vurğunusunuzsa, Da Vinçi, Rafael, Mikelancelonun əsərləri uzun müddət sizi təsir altında saxlayacaqlar. Tarixdən bir addımda dayanaraq, onun hər santimetrində dahilərin ruh, fikir və əhval-ruhiyyəsini hiss etmək möhtəşəm hissdir. Cakondanı isə saatlarla seyr etmək mümkündür. Çox təəssüf ki, Versal, Mulen Ruja baş çəkməyə vaxt qalmadı, belə ki, biletlər artıq satılmışdı. Bir mühüm faktı qeyd etmək istərdim, Parisdə, demək olar ki, hər yerdə sizi ən azı bir saatlıq, saat yarımlıq növbələr gözləyir, buna görə səbirli olun. Şəhərdə metrodan istifadə etmək tövsiyə olunur. Xüsusi turist kitabçalarında (onları istənilən kafe və ya şopinq mərkəzində əldə edə bilərsiniz) nəyin hansı stansiyaya yaxın yerləşməsini dəqiqləşdirə bilərsiniz. 

 

Axşam görməli yerləri gəzdikdən sonra bizi möhtəşəm Qala-şam yeməyi gözləyirdi. Kim necə işləyir, elə də istirahət edir! Orifleym bu ifadəni tamamilə doğruldur. Parisin mərkəzində, möhtəşəm Qrand Paledə Orifleym şirkətin ən yaxşı partnyorlarının uğurlarını təntənəli şəkildə qeyd etdi. Lakin ən yaxşısı hələ qabaqdadır! Gələn il sizinlə İspaniya, Fransa, İtaliya kimi 3 ölkə və Barselona, Tulon, Nis, Florensiya, Roma, Neapol kimi 6 şəhəri səyahət edəcək arzular laynerində keşiriləcək 2014-cü ilin Qızıl Konfransında görüşəcəyik.  

İndi isə mənim Parisi görmək arzumu gerçəkləşdirən “Orifleym-Azərbaycan”ın bütün kollektivinə minnətdarlığımı bildirmək istərdim. Arzularımız gerçəkləşdikcə YAŞAMAQ istəyirik! Orifleym ilə bir çox arzular gerçəkləşir. Axı Orifleymin şüarı – Sənin arzuların bizim ilham mənbəyimizdir!

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073
avatar

Oxşar yazılar