(R) “Nə? Harada? Nə zaman ?” yenə UNİBANK-da
16 dekabr 2013 16:59 (UTC +04:00)

(R) “Nə? Harada? Nə zaman ?” yenə UNİBANK-da

Unibank-ın əməkdaşları və partnyorları arasında “NƏ? HARADA? NƏ ZAMAN?” intellektual yarışması keçirilib. Artıq 2-ci dəfədir təşkil edilən bu dostluq yarışması xoş ənənəyə çevrilib. 33 komandanın qatıldığı yarışmada, komandalar 60 sualı cavablandırıblar. İştirakçı komandalardan 28-i partnyor şirkətlərin nümayəndələrindən, 5-i Unibank-ın əməkdaşlarından ibarət olub. Partnyor şirkətlərdən Romantic, Millikart, Azərpoçt, 28 MALL, Qafqaz Media, Integral Plus, Bazarstore , Accessbank, AGbank, Ideal, World Telecom, Deloitte, Favorit Market, Dalğıc, Metak, Flexi Credi, Baku Elektronics, Business Insight, BTB, Express Group, Atəşgah, LC Waikiki, 28 Mall Cinema, AXA Mbask, Koton, RGA, Neptun Market öz komandaları ilə yarışmada iştirak ediblər. Oyunun suallarını, bu məhşur oyunun baş prodüsseri olan Balaş Qasımovun komandası

hazırlayıb. Gərgin rəqabət şəraitində 3 saat davam edən oyunda hər bir iştirakçı üçün əsl sınaq oldu. Əsas məqsədin bilikləri yoxlamaq deyil, əməkdaşlı-tərəfdaşlı Unibank

ailəsinə intellektli-əyləncəli bir gün yaşatmaq olduğu hədəflənən tədbirin sonunda,

sualları düzgün cavablandıran 3 komanda qalib seçilib. Xal hesabına görə, Unibank-ın “Maliyyə” komandası 1-ci yeri tutub. 2-ci yeri ən fəal tərəfdaşlarından olan “Romantic” geyim mağazaları şəbəkəsinin komandası, 3-cü yeri isə Unibank-ın “Əcəmi” komandası qazanıblar. Qaliblər oyunun kubokları və digər hədiyyələrlə mükafatlandırılıblar.

 

Unibank-hər kəsin bankı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Oxşar yazılar