
Qarın erkən yağması fəsada yol açacaqmı? - AÇIQLAMA
Havanın birdən-birə soyuması, bəzi rayonlarda qarın erkən yağması, yağışlı günlərin çox olması kənd təsərrüfatı üçün ziyanlıdırmı?
Ümumiyyətlə, builki soyuq və küləkli hava şəraiti iqlim dəyişiklikləri ilə bağlı hansı fikirləri ortaya qoyur?
AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Lent.az-a öncə bu il Bakıda müşahidə olunan hava ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, ümumiyyətlə, Bakıda güclü küləkli günlərin sayı 150-170 gün olur: “Son 15-20 ildə küləklərin sayı azalmışdı. Bəzən deyirdilər ki, Bakıda küləklərin azalması hüdürmərtəbəli binaların çoxalması ilə bağlıdır. Builki yay bu fikri təkzib etdi. Güclü küləklər əsir və kifayət qədər də fəsadları olur. Bakı və Abşeron yarımadası maneəsiz olaraq şimal hava axınlarının təsiri altındadır. Bunun da nəticəsində havalar soyuyur”.
Ə.Əliyev bildirib ki, iqlimlə bağlı bir həftə, bir ay əvvəldən konkret heç bir şey demək olmur: “Bu il yayın çox isti, yandırıcı olacağını deyirdilər. Amma təsdiqini tapmadı”.
Onun sözlərinə görə, rayonlarda havaların tez soyumasının, payızın erkən gəlməsinin müəyyən üstünlükləri var: “Payızda yağıntıların çox olması yaxşıdır. Taxıl əkinində vacib lazımdır ki, yaxşı cücərti alınsın. Heyvandarlığa da təsir edir. Otlaq sahələri yaşıllaşır ki, heyvanların qidalanması yaxşılaşır. Payızı yaxşı keçirən heyvan, qış nə qədər soyuq olsa da dözə bilir. Payızın qidalı otlarından qidalanması heyvanlar üçün vacibdir. Hesab edirəm ki, yağış və hətta qar meyvəçilik rayonlarına da böyük təsir etmir. Pambıqçılığa müəyyən təsir göstərə, problemlər ola bilər”.
Ə.Əliyev qeyd edib ki, payızın normal keçəcəyinin hiss olunduğunu, bunun da gələn il bol məhsul götürülməsinə imkan yaradacağını vurğulayıb.
Oxşar yazılar

Vəfat edən hərbçi dəfn olundu
2 mart 2025 , 13:56
İlk dəfə buraxılış imtahanları keçirildi-FOTO
2 mart 2025 , 12:50
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
2 mart 2025 , 10:24
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
2 mart 2025 , 00:06
Mart ayında güclü maqnit qasırğaları olacaq: Təhlükəli tarixlər
1 mart 2025 , 17:15
Ramazan ayının birinci gününün DUASI
1 mart 2025 , 13:43