"Moskva” Univermağında  800 min manatlıq mal yanıb
17 mart 2014 12:50 (UTC +04:00)

"Moskva” Univermağında 800 min manatlıq mal yanıb

"Moskva” Univermağı kimi tanınan ticarət mərkəzində ötən həftə baş verən yanğın nəticəsində burada fəaliyyət göstərən sahibkarlara 800 min manatdan artıq zərər dəyib. Lent.az-ın fins.az-a istinadən xəbərinə görə, bu barədə ticarət mərkəzində çalışan sahibkarlar məlumat veriblər. Məlumata görə, ən böyük ziyan təkcə qızıl məmulatları şöbəsinə dəyib. Burada 500 min manatdan artıq qiyməti olan qızıl-zinət əşyaları yanaraq yararsız hala düşüb. Ayrı-ayrı sahibkarların isə bir neçə kiloqram qızılı zay olub.
Mebel şöbəsində satışda olan mebellərin yanması isə sahiblərinə 150 min manat zərər vurub. Bundan başqa, geyim və parça bölməsində 100 min manatlıqdan artıq mal yanaraq yararsız hala düşüb.


Sahibkarlar bütün bu malların sığortalanmadığını etiraf ediblər. Mebel satışı işə məşğul olan sahibkar Ruhəngiz Mustafayeva fins.az-ın müxbirinə bildirib ki, bir həftə əvvəl mallarını sığortalamaq barədə düşünüblər, hətta bununla bağlı sığorta şirkətlərinə müraciət etməyə də hazırlaşıblar. Amma cəmi bir neçə gün sonra yanğın olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar