
"Hamilələr arasında bu göstərici 40 faizdir" - Deputat haray çəkdi
“Analar və uşaqlar arasında qan azlığı, anemiya artır”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədrinin müavini Musa Quliyev deyib.
Qidaların zənginləşdirilməsinin zəruriliyindən danışan M.Quliyev bildirib ki, hamilələr arasında bu göstərici 40 faiz, uşaqlar arasında 28-30 faizdir: “Bu, çox ciddi rəqəmlərdir”.
Millət vəkili Qənirə Paşayeva gənclər arasında skolioz xəstəliyinin (onurğa sütununun əyriliyi) artmasından da narahatlığını dilə gətirib: “Bu yay skolioz xəstəliyindən əziyyət çəkən 25 gəncimizi xəstəxanalara yerləşdirmişəm. Onlardan ikisi təcili əməliyyat olunmalı idi”.
Q.Paşayeva qeyd edib ki, qanun qəbul edilsə də, ictimai yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atılmır: “Milli Məclisin komitəsi ilə müvafiq qurumlar birgə dinləmə keçirməli və məsələnin həlli yolları müzakirə olunmalıdır”.
Oxşar yazılar

Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR
10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05
Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03