FHN-in İdman Sağlamlıq Mərkəzində çempion əməkdaşlar ilə görüş keçirilib
02 sentyabr 2019 11:16 (UTC +04:00)

FHN-in İdman Sağlamlıq Mərkəzində çempion əməkdaşlar ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində nazirliyin  Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

Nazirlikdən Lent.az-a bildirilib ki, görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları XRXX-nin N saylı hərbi hissəsinin xilasdicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nin sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nəaliyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Gözəl Zutova 1martın 15-17-də  Azərbaycanda keçirilən MMA üzrə Avropa çempionatının çempionu, iyunun 5-də Azərbaycanda keçirilən  Qızıl kəmər uğrunda Beynəlxalq turnirin qızıl medal sahibi, Sərbəst güləş üzrə dünya kubokunun sahibi, MMA üzrə Avropa və Dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi Gözəl Zutova avqustun 18-də Gürcüstanda keçirilən MMA üzrə Beynəlxalq turnirdə 75 kq çəki dərəcəsində çempion olub. İdmançımız oktyabr ayında Koreyada keçiriləcək Sambo üzrə Dünya çempionatına hazırlaşır.

Avqustun 22-25-I tarixlərində Ruminyanın Konstanta şəhərində keçirilən Kung Fu Sanda üzrə Dünya çempionatında  iştirak edən 2016-cı il Macarıstanda keçirilən Kempo idman növü üzrə Dünya Kubokunun, 2017-ci il tarixində Portuqaliyada keçirilən Döyüş Növlərinin Dünya Çempioantında Kung Fu Sanda idman növü üzrə gümüş medalın sahibi olan Orxan Mehdiyev 65 kq çəki dərəcəsində  çempion olub, 2017-ci ildə Portuqaliyada keçirilən Döyüş Növlərinin Dünya Çempioantında Kung Fu Sanda idman növü üzrə çempion olan Şahmar Nəzərov isə bürünc medal qazanıb. Qeyd olunub ki, idmançılar  noyabr ayında  İtaliyada keçiriləcək  MMA üzrə Dünya çempionatına hazırlaşırlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar