<span style="color:red;">Türkiyəli general : "Azərbaycan təyyarəsinin üzərindəki "SSRİ" sözünü sildirdim"
04 iyul 2017 13:44 (UTC +04:00)

Türkiyəli general: "Azərbaycan təyyarəsinin üzərindəki "SSRİ" sözünü sildirdim"

Bakıda səfərdə olan Türkiyənin Ehtiyatda olan Zabitlər Təşkilatı və Türkiyə Müharibə Veteranları Təşkilatının nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. 

 

APA TV-nin xəbərinə görə, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-polkovniki Ərdoğan Karakuş bildirib ki, səfər zamanı Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı bir sıra müzakirələr aparılacaq: "90-cı illərin əvvəllərində Qarabağda müharibə başlayan zaman mən Ankarada hərbi hava  bazasının rəisi idim. Həmin ərəfədə Azərbaycanın hərbi nəqliyyat təyyarələri bazaya enmişdi. Təyyarələr iki saat ərzində yükləri götürüb, geri qayıtmalı idilər. Təyyarələrin üzərində "SSRİ" yazılmışdı. Bunu görən kimi dərhal əmr verdim ki, təyyarələrin üzərindəki o söz silinsin, əvəzinə isə “Azərbaycan Hərbi Hava  Qüvvələri” yazılsın, eyni zamanda Azərbaycan bayrağı həkk edilsin. İki saat ərzində təyyarələrin üzərinə “Azərbaycan Hərbi Hava Qüvvələri” yazıldı, Azərbaycan bayrağı həkk edildi".

 

General-polkovnik qeyd edib ki, tarix boyu Azərbaycan və Türkiyə arasında gözəl münasibətlər olub: “Biz eyni millətin iki dövlətiyik".

 

Onun sözlərinə görə, Azərbaycanda rəsmi şəxslərlə də görüşlər keçirməyi planlaşdırırlar.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan zabitləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəvəti ilə iyulun 7-dək Azərbaycanda səfərdə olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar