TQDK: “Bugünkü imtahanlar təlimata uyğun keçirilib”
15 mart 2015 15:14 (UTC +04:00)

TQDK: “Bugünkü imtahanlar təlimata uyğun keçirilib”

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini başa çatdırıb.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

 

TQDK bu gün həmçinin ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.

 

İmtahan 29 şəhər və rayonda təşkil olunub və bütün mərkəzlərdə imtahan prosesi təlimata uyğun aparılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar