Sürücülərə xəbərdarlıq: Böyükşor şosesi bağlanacaq
10 oktyabr 2014 11:37 (UTC +04:00)

Sürücülərə xəbərdarlıq: Böyükşor şosesi bağlanacaq

Bu gün Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi yollardan birində hərəkət məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, bu gün saat 12:00-dan 18:00-ə kimi Böyükşor şossesində (şəhər ist.) intellektual sürət istiqamət tablolarından ibarət olan metal konstruksiyanın quraşdırma işləri həyata keçiriləcək. Bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

 

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1430
avatar

Oxşar yazılar