<span style="color:red;">Qızmar yay başlayır -  Temperatur 35 dərəcəyə çatacaq
15 iyun 2016 12:52 (UTC +04:00)

Qızmar yay başlayır - Temperatur 35 dərəcəyə çatacaq

İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Lent.az-a verilən məlumata görəz, havanın temperaturunun gecə 18-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Cənub küləyi şimşək çaxanda arabir güclənəcək. Temperatur gecə 13-18° isti, gündüz 28-33° isti olacaq.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti olacaq.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

# 163
avatar

Oxşar yazılar