<span style="color:red;">Qış üçün badımcan konservi  - Usta öz sirlərini açır:<span style="color:red;"> Lent.az-ın mətbəxi
02 sentyabr 2019 15:14 (UTC +04:00)

Qış üçün badımcan konservi - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Bizim Mətbəxdən” adı ilə məşhur olan səhifəyə istinadla badımcan konservnin resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
Badımcan 2.5 kq, pomidor 2 kq, yaşıl şirin bibər 4 ədəd, qırmızı şirin bibər 2 ədəd, acı bibər 2 ədəd, sarımsaq 1 baş, soğan 2 ədəd orta ölçülü, bitki yağı 2 stəkan (badımcanları qızartmaq üçün), bitki yağı 1 armudu stəkandan 1 barmaq aşağı (soğanı qovurmaq üçün), duz 1 xörək qaşığı
 
Hazırlanma qaydası:
 
Ərzaqları yuyuruq, qabıqlarını soyub, doğrayırıq. Sonra bütün məhsulları bişiririk. Öncə badımcanları qızardırıq. Daha sonra qazana yağ töküb soğanları əlavə edirik. Yağda soğan bir az qovurulduqdan sonra bibərləri əlavə edirik. Daha sonra növbə ilə pomidoru azca qaynayandan sonra sarımsaqları əlavə edirik. Məhsulları birlikdə 5 dəqiqə bişirib, badımcanları da əlavə edirik. Badımcan yeməyi hazır olduqdan sonra bankalara yığıb ağzını möhkəm bağlayırıq. Daha sonra bankaları qazana yığıb 5-10 dəqiqə qaynadırıq və qış üçün sərin yerdə saxlayırıq.
 
Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4358

Oxşar yazılar