<span style="color:red;">Lent.az-ın yazısına operativ reaksiya : küçədə yaşayan rejissor xəstəxanaya yerləşdirildi <span style="color:red;">- VİDEO
26 iyul 2018 09:26 (UTC +04:00)

Lent.az-ın yazısına operativ reaksiya: küçədə yaşayan rejissor xəstəxanaya yerləşdirildi - VİDEO

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünən Lent.az-da dərc olunan “Evimi bank, pulumu dostum, uşaqlarımı həyat yoldaşım aldı...” - Azərbaycanlı rejissorun qandonduran DRAMI"  yazısına operativ reaksiya verib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Akif Əliyev dünən Kliniki Tibbi Mərkəzə yerləşdirilib: "Lakin onun vəziyyəti ağırdır. Qanqrenası və hepatiti var. Müalicə olunduqdan sonra Akif Əliyev sığınacaqlardan birinə yerləşdiriləcək".

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Lent.az-a bildiirb ki, Akif Əliyevin səhhətinə xüsusi nəzarət olunacaq. Artıq bununla bağlı Kliniki Tibbi Mərkəzin rəhbərliyinə tapşırıq verilib.

 

Qeyd edək ki, Akif Əliyev Moskvada və Kiyevdə iki universitet bitirib, iş adamı olub, lakin sonradan fırıldaqçılıqla üzləşərək hər şeyini - işini, mülkünü və ailəsini itirib. Xeyli müddətdir küçədə yaşayır. 

 

Yazı ilə bu linkdə tanış ola bilərsiniz: http://news.lent.az/news/306497

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353
avatar

Oxşar yazılar