İşdən çıxarılan yol polis: "Haqqımda yazılan məlumatların heç bir əsası yoxdur"
13 iyul 2015 22:29 (UTC +04:00)

İşdən çıxarılan yol polis: "Haqqımda yazılan məlumatların heç bir əsası yoxdur"

Müdafiə nazirinin müavini, baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə yaranmış mübahisəyə görə işdən azad olunan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı Cavanşir Lətif oğlu Qasımov barəsində yazılan informasiyalarla bağlı Avtosfer.az saytına müraciət edib. O bildirib ki, təqaüdə çıxmaq haqqında rəhbərliyə raport təqdim etdikdən sonra ailəsi ilə birlikdə rayona gedib: «Rayonda olduğum müddətdə yaxınlarımdan eşitdim ki, qəzetlərdə, saytlarda, müxtəlif sosial şəbəkələrdə mənimlə bağlı bir neçə informasiya yayılıb. Mən həmin materiallarla tanış olduqdan sonra sizə müraciət etmək qərarına gəldim. Bildirirəm ki, haqqımda yazılan məlumatların heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Mənim adımdan da kimlərinsə informasiya yaymasının əleyhinəyəm. Barəmdə verilən qərarın isə müzakirə edilməsini istəmirəm.

 

Qeyd etmək istəyirəm ki, həqiqətən də belə bir hadisə baş verib, hazırda araşdırma aparılır. Vətəndaşın da, mənim də əməlimə hüquqi qiymət veriləcək».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar