İnanılmaz fakt: [b]dünyada hamı evə girsə...[/b]
10 mart 2015 10:25 (UTC +04:00)

İnanılmaz fakt: [b]dünyada hamı evə girsə...[/b]

 

Lent.az hər birimizi maraqlandıran qəribə sualların cavablarını təqdim edir.

 

Qaşınmaq tam olaraq nədir? - Qaşınmaq dərinin zəif şəkildə xəbərdar edilməsidir. Bu, həşərat dişləməsinə qarşı müdafiə mexanizmi olaraq qəbul edilir.

 

Niyə qızdırmalı olanda üşüyürük? – Qızdırma zamanı xəstə tərləmədiyi və qan təzyiqi yüksəlmədiyi üçün üşüyür.

 

Soğan doğrayanda niyə ağlayırıq? – Soğan doğrayanda havaya “lachrymatoryfactor” adlı ferment yayılır və bu da gözlərdə qaşıntı yaradır. Göz də özünü müdafiə etmək üçün gözyaşı axıdır.

 

Barmaqlar suda çox qalanda niyə bürüşür? - Əgər hüceyrələrinizin sahib olduğundan daha çox, ya da az duzun olduğu suya əlinizi salsanız, su “osmos” üsulu ilə dəridəki hüceyrələri şişirdər.

 

Dəniz havası almaq faydalıdırmı? – Şəhərdən uzaq dəniz sahilində yaşamaq faydalı ola bilər. Dəniz havası, dənizdən yayılan qoxu sahildə yerləşən bakteriya sayəsində ortaya çıxır.

 

Hamı evində qalsa, qrip epidemiyası bitərmi? – Bəli. Ancaq bircə nəfərin belə bayıra çıxması virusun yenidən yayılmasına səbəb olar.

 

Saqqız udulanda həzm edilməz, ancaq 3 gün ərzində bədəndən atılır.

 

Eşşəkarısı bal hazırlamır, çiçəklərdən topladığı şanı ilə özlərinə yuva hazırlayarlar.

 

Mənfi 30 dərəcədə havaya atılan su buz kimi yerə düşər.

 

“OK”  - “all correct” ( hamısı doğrudur) kəlməsinin qısa formasıdır. Yunanca “ola kala” (hər şey yolunda) sözünün qısaltmasıdır. 

 

Səmanın göy rəngdə görünməsinin səbəbi atmosfer təbəqəsidir. Atmosferin tərkibindəki qazlar gün işığındakı mavi rəngi daha çox əks etdirdiyindən mavi görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289

Oxşar yazılar