
Armud cemini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Qarışıq Mətbəx” adı ilə məşhur olan səhifəyə istinadla armud ceminin resepti ilə tanış edəcəyik.
İçindəkilər:
2 kiloqram armud, 1 kiloqram şəkər tozu, yarım limon, 1 ədəd darçın çubuğu, 3 ədəd bardian (marketlərdə satılır)
Hazırlanma qaydası:
Armudları yuyuruq, saplaqlardan ayırıb, içini təmizləyirik. Sonra blenderlə əzib, şəkər tozu ilə qarışdırırıq. 2 saat kənarda saxlayıb ocağa qoyuruq. 5 dəqiqə qaynadıb ocağı söndürürük. Tam soyuduqdan sonra təkrar ocağa qoyuruq və yarım saat zəif odda qaynadıb ədviyyatları əlavə edirik. 10-15 dəqiqə birlikdə qarışdırıb ocaqdan götürürük. Bankalara doldurub sərin yerdə saxlayırıq.
Nuş olsun!
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22