(R) Azərbaycanın “PNN Group” holdinqi Ukraynada yeni KFC restoranları açıb
23 oktyabr 2014 12:00 (UTC +04:00)

(R) Azərbaycanın “PNN Group” holdinqi Ukraynada yeni KFC restoranları açıb

 

 

2014-cü ilin oktyabr ayında Ukraynanın paytaxtı Kiyevin tanınmış ticarət və əyləncə mərkəzlərindən “ArtMall” və “DreamTown”-da yeni KFC restoranları açılıb. Restoranlar YUM Restaurants International Russia&CIS şirkətinin ukraynalı françayzinq partnyorlarından biri Azərbaycan holdinqi - PNN Group tərəfindən açılıb.

 

KFC (Kentucky Fried Chicken) – təzə toyuq ətindən hazırlanan yeməklər üzrə ixtisaslaşmış sürətli xidmət göstərən tanınmış beynəlxalq restoranlar şəbəkəsidir. Dünyada 19 000 KFC restoranı fəaliyyət göstərir. Şirkətin tarixi onun yaradıcısı olan polkovnik Harland Sandersin adı ilə sıx bağlıdır. Toyuğun 11 ot və ədviyyatla unlama reseptini məhz Harland Sanders icad edib, məşhurlaşdırıb.  

 

 

KFC-nin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bu yeməklər əllə bilavasitə restoranda, dünya standartlarına uyğun Ukrayna istehsalı olan toyuqlardan hazırlanır. Məhz ona görə də, KFC yeməkləri heç kəsi laqeyd qoymayacaq dərəcədə bu cür dolğun və unudulmaz dada malikdir.

 

“ArtMall” ticarət və əyləncə mərkəzində açılan KFC restoranı Ukraynada fəaliyyət göstərən sayca yeddinci restorandır. Geniş və rahat zaldan başqa, restoranda 24 saat ərzində KFC-drayv xidməti də fəaliyyət göstərir ki, bu servis müştərilərə öz avtomobilindən enmədən sifarişi ala bilmə imkanı yaradır.

 

 

“DreamTown” ticarət və əyləncə mərkəzində açılan KFC restoranı Ukraynada fəaliyyət göstərən sayca səkkizinci restorandır. Restoran üçüncü mərtəbədə “Oskar” kinoteatrın yanında yerləşir. Restoranın geniş və rahat zalı özündə eyni anda 100 nəfər qonaq yerləşdirə bilər.

 

 

Restoranlar “Ukrayna Qida Şirkəti” MMC ilə birgə françayzinq sistemi əsasında açılmışdır. 

 

Bununla bağlı şərh verən PNN Group holdinqin direktoru cənab Nəsib Piriyev demişdir: “İki yeni restoranda qonaqlarımızı qarşılamaqdan məmnunuq. Komandamızın son aylar Ukraynada qarşılaşdığı çoxsaylı çətinliklərin öhdəsindən gəlməsi və hər iki layihəni nəzərdə tutulmuş müddət ərzində təhvil verməsi bizdə xüsusi qürur hissi oyadır. Bütövlükdə, Ukraynada investisiya şəraitinin mürəkkəbləşməsinə baxmayaraq, şirkətimiz buradakı iştirakımızı daha da gücləndirməkdə maraqlıdır və biz hal-hazırda bir sıra yeni layihələrin inkişafının aktiv mərhələsindəyik.”

 

 

 KFC (ing. Kentucky Fried Chicken) – təzə toyuq ətindən hazırlanan yeməklər üzrə ixtisaslaşmış sürətli xidmət göstərən restoranlar şəbəkəsidir. KFC brendi həmçinin Pizza Hut, Tacco Bell restoranlar şəbəkələrinin sahibi olan dünyanın ən böyük restoranlar şirkətlərindən biri Yum Brands kompaniyasına məxsusdur! Hazırda KFC restoranları dünyanın 120 ölkəsində təqdim olunur. Dünya miqyasında KFC-nin 19 000 restoranında gündə 12 milyon insan nahar edir.

 

 

 

MMM “Ukrayna qida şirkəti”– restoran biznesi sahəsində böyük brend olan KFC – nin operatorudor. Şirkət 2012-ci ildə yaranıb və azərbaycanlı iş adamı Nəsib Piriyevin təsis etdiyi PnnGroup-a daxildir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar