(R) “Coca-Cola” və “Bakcell” Xəzərin sahilini təmizləmək üçün beynəlxalq ekoloji aksiya keçirəcək
18 sentyabr 2014 11:11 (UTC +04:00)

(R) “Coca-Cola” və “Bakcell” Xəzərin sahilini təmizləmək üçün beynəlxalq ekoloji aksiya keçirəcək

 

 

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı “Coca-Cola” şirkətinin 20 sentyabr 2014-cü il tarixində Bakıda təşkil etdiyi beynəlxalq sahilyanı təmizlik kampaniyasında iştirak edəcək.

Hər il sentyabr ayının 20-də keçirilən beynəlxalq sahilyanı təmizlik aksiyası Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən iri miqyaslı könüllü hərəkatıdır. “Bakcell” böyük məmnuniyyətlə “Coca-Cola” şirkətinin təşəbbüsü ilə 2010-cu ildə Azərbaycanda başlayan ekoloji aksiyaya qoşulur. Beynəlxalq sahilyanı təmizlik kampaniyası “Ocean Conservancy” (Okeanların Mühafizəsi) təşkilatının yaratdığı qlobal ekoloji hərəkatdır və “Coca-Cola” şirkəti bu hərəkatda 1995-ci ildən iştirak edir. “Bakcell” şirkətinin əməkdaşları məmnuniyyətlə Azərbaycanda keçirilən bu beynəlxalq kampaniyaya qoşulur.

““Coca-Cola” şirkəti yaşadığımız cəmiyyətin inkişafına, ətraf mühitin qorunmasına xüsusi önəm verir. Xəzər dənizinin sahilinin təmizlənməsi üçün artıq 5-ci ildir ki, keçirdiyimiz ekoloji aksiyaya hamını dəvət edirik. Bu aksiyanın məqsədi yalnız dəniz sahili ərazisini təmizləmək deyil, həmçinin bizim milli sərvətimiz olan Xəzər dənizini qorumaq və təbiətə münasibətdə məsuliyyət və qayğı hissini, vərdişlərini aşılamaqdır”,- Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş Müdiri Cem Becel bildirmişdir.

““Bakcell” “Coca-Cola” şirkətinin ekoloji təşəbbüsünə məmnuniyyətlə qoşulur. Bizim şirkətlərimizin əməkdaşları Xəzər dənizinin sahil zolağının təmizlənməsi məqsədilə beynəlxalq aksiyada iştirak edəcəklər. Cəmiyyət qarşısında öz sosial məsuliyyətini yerinə yetirən şirkəti kimi Azərbaycanda cəmiyyətin inkişafında və ətraf mühitin qorunmasında fəal iştirak etdiyimiz üçün fəxr edirik” – deyə, Bakcell şirkətinin Baş İcraçı Direktoru Riçard Şirer qeyd etmişdir.

 

Bu aksiya “İnsanların tulladıqlarını insanlar yığmalıdır” ideyasına əsaslanır. 2013-cü ildə bu aksiyada dünya üzrə 650,000 nəfər könüllü iştirak edib və 20,000 km. uzunluğunda sahil zolağı təmizlənib. Coca-Cola şirkətinin başladığı bu kampaniya nəticəsində son 4 il ərzində Xəzər dənizi sahilinin 26 hektar ərazisi təmizlənərək 10 tondan artıq tullantı yığılıb. Bu müddət ərzində aksiyaya Milli Olimpiya Komitəsi, ADA Universiteti, ASAN Xidməti, Təmiz Şəhər, YARAT, AmCham, Youthİnc və s. qurumlar qoşulub. Bu il “Bakcell” şirkəti də bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekoloji maarifçilik, ətraf mühitin təmizliyi  və planetimizin sağlamlığına öz töhfəsini vermiş olacaq. “Coca-Cola” və “Bakcell” əməkdaşları təmizlənən ərazilərdən topladıqları tullantıları qeydə alaraq məlumatı Ocean Conservancy təşkilatına göndərəcək. Həmin məlumatlar isə dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Cəmiyyətimiz və planetimizin sağlamlığını qorumaq, ətraf mühiti təmiz saxlamaq istəyirsinizsə, 20 sentyabr 2014 tarixində Xəzər Dənizimizin sahilini təmizləmək üçün Buzovna qəsəbəsində təşkil olunacaq aksiyaya qoşulmağa tələsin. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edə, və ya, https://www.facebook.com/CCDCocaColaAz səhifəsində qeydiyyatdan keçə bilərlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar