(R) “PAŞA Həyat”ın “Təcrübəni bölüş” layihəsi üzrə görüş keçirilib
08 noyabr 2016 10:56 (UTC +04:00)

(R) “PAŞA Həyat”ın “Təcrübəni bölüş” layihəsi üzrə görüş keçirilib

 

Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” “Təcrübəni bölüş” sosial layihəsi çərçivəsində Dövlət İqtisad Universitetində növbəti görüşünü təşkil edib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, görüşdə “PAŞA Həyat”ın insan resursları departamentinin direktoru Tural Məmmədov və universitetin bir qrup tələbə heyəti iştirak edib.

“PAŞA Həyat”ın təşəbbüsü ilə Dövlət İqtisad Universitetində təşkil edilən görüşdə T.Məmmədov uğurlu iş adamı olaraq tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verib.

Görüşdə T.Məmmədov tələbələrə “PAŞA Həyat”ın sosial layihələri ilə yanaşı, ugurlu karyera qurmağın yolları, işə qəbul prosesində rast gəlinən çətinliklər, ugur qazanmağın yolları, həmçinin bu sahənin vacibliyindən danışıb.

T.Məmmədov daha sonra rəhbərlik etdiyi departamentin işinin təşkili və işə qəbul prosesləri kimi məsələlərə də toxunub.

Görüşün sonunda Tural Məmmədov tərəfindən tələbələri maraqlandıran müxtəlif suallar ətraflı şəkildə cavablandırılıb və ən maraqlı sual verən tələbəyə “PAŞA Həyat”ın hədiyyəsi təqdim olunub 

Qeyd edək ki, “PAŞA Həyat”ın “Təcrübəni bölüş” adlı layihəsi ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarını əhatə edir. Layihənin məqsədi şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların karyera imkanlarını daha düzgün istiqamətə yönəltməkdən ibarətdir.

 Layihə çərçivəsində indiyədək 3 universitetdə görüş keçirilib. Görüşlərdə 150-dən çox tələbə bu layihənin iştirakçısı olub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar