(R) “Nar Mobile” ilə “Asan İmza” xidməti artıq bölgələrdə
08 oktyabr 2014 16:31 (UTC +04:00)

(R) “Nar Mobile” ilə “Asan İmza” xidməti artıq bölgələrdə

 

“Nar Mobile” mobil operatoru göstərdiyi “Asan İmza” mobil elektron imza xidmətinin coğrafiyasını daha da genişləndirdi. Belə ki, abunəçilər artıq Şirvan, Mingəçevir, Quba, Siyəzən, Xaçmaz, Bərdə, Gəncə, Biləsuvar, Şəki, İmişli, Ağcabədi, Kürdəmir, Lənkəran, Masallı, Zaqatala, Tovuz, Cəlilabad və Şamaxıda, eləcə də Bakı şəhəri Şərifzadə küçəsi 39 ünvanda yerləşən “ASAN Xidmət-3” mərkəzində də “Asan İmza” xidmətinə qoşula bilirlər.

 

Qeyd edək ki, “Asan İmza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan imza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-karta və smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

 

Əlavə məlumatı www.narmobile.azwww.asanimza.az  saytlarında əldə etmək mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar