“Bakı Metropoliteni”: Bundan sonra ancaq kondisionerli qatarlar alınacaq
31 iyul 2018 14:48 (UTC +04:00)

“Bakı Metropoliteni”: Bundan sonra ancaq kondisionerli qatarlar alınacaq

Bakı Metropoliteni” QSC-də xidmət keyfiyyətinin artırılması ilə bağlı işlər hər zaman görülür.

 

APA-Economics”in xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, yeni qatarların Bakı metrosuna gətirilməsinə 2015-ci ildən başlanılıb.

 

“Həmin vaxt üç qatar, bu il isə iki qatar gətirilib. Bu proseslər davamlı olaraq aparılacaq. Bizim alacağımız qatarlar mütləq kondisionerli olacaq, informasiya-kommunikasiya texnologiyalarının  təchizatı baxımından ən müasir tələblərə cavab verəcək”, - deyə B.Məmmədov əlavə edib.

 

 

Vaqonların yenilənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, bu iki halda mümkündür: “Birincisi, köhnə vaqonlar istismar müddətinin başa vurmalıdır, ikincisi bizim stansiyalarımız tikilir, xətlərimiz inkişaf edir, bu halda da təbii ki, bu məsələ aktuallaşır”.

 

Bundan başqa, B.Məmmədov əvvəlki nəsil qatarlarda kondisioner quraşdırılmasının qeyri-mümkün olmasını əlavə edib: “Çünki bu, konstruktiv məsələdir və bu məsələ gündəmdə deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438
avatar

APA Baycan

Oxşar yazılar