Bakı Avtovağzalı reysə 200 əlavə avtobus buraxır
31 dekabr 2013 01:31 (UTC +04:00)

Bakı Avtovağzalı reysə 200 əlavə avtobus buraxır

"Bayram günlərində sərnişin sıxlığını nəzərə alıb gün ərzində 200 əlavə nəqliyyat vasitəsinin reysə çıxarılması nəzərdə tutulub". Bunu APA TV-yə  Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev deyib. Bir gündə 7 minə yaxın sərnişin, 300-dən artıq nəqliyyat vasitəsinin yola salındığını deyən şöbə rəisi bildirib ki, dekabrın 31-də günün ikinci yarısında bu rəqəmin bir qədər aşağı düşəcəyi gözlənilir: "14 mindən yuxarı isə sərnişini yola salmışıq. Bu gündə 600 nəqliyyat vasitəsi yola salınıb və bu da təxminən 15 min sərnişin deməkdir.  Ehtiyyat nəqliyyat vasitələrimiz var bütün reyslər vaxtında təmin edilib".

 

Məhəmməd Abdulayev deyir ki, ötən illərlə müqayisədə bu il ölkənin Cənub rayonlarına gedən sərnişinlərin sayında bir qədər azalma müşahidə edilir. Daha çox Cəncə, Qazax, Tovuz, Şəki, Zaqatala Balakən istiqamətində sərnişin axını nəzərə arpacaq dərəcədə artıb. Lakin sərnişin sıxlığını ölkə xaricinə hərəkət edən avtobuslarda müşahidə olunmur. 

 

Beynəlxalq avtovağzal bayramın son günlərində rayonlardan geri dönən sərnişinləri də nəzərə alıb: "Yanvarın 4-dən başlayaraq, rayonlardan Bakıya dönən sərnişinlərin bölgə vağzallarında sıxlığının yaranmaması üçün artıq tədbirlər görmüşük. Deyim ki, həmin günlərdə rayonlara əlavə nəqliyyat vasitələri cəlb ediləcək".

 

O ki qaldı hər il olduğu kimi bayram günlərində sərnişin sıxlığından yararlanmaqla daha çox qazanmaq istəyən işbazlara, sərnişinlər süni qiymət artımı ilə qarşılaşsalar, o zaman avtovağzalın dispetçer məntəqəsi ilə əlaqə saxlasınlar.

 

Dekabrın 28-dən Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1268
avatar

Oxşar yazılar