
Son illərin ən bahalı iftar menyuları - Bakı restoranlarındakı QİYMƏTLƏR
Bu gün Ramazan ayının 3-ci günüdür. Bayram münasibəti ilə paytaxtda fəaliyyət göstərən əksər restoranlarda oruc tutmuş şəxslər üçün xüsusi olaraq imsak və iftar menyuları təklif edilir.
Lent.az-ın əməkdaşı menyu qiymətləri ilə tanış olmaq üçün bir neçə restorana baş çəkib.
Məlum olub ki, qiymətlər restoranlara və təklif edilən təamlara görə dəyişir. Belə ki, imsak menyusu qiymətləri 9 manatdan 15 manatadək, iftar menyusu qiymətləri isə 12 manatdan 20 manatadək təklif edilir. Daha bahalı menyularla da rastlaşmaq mümkündür. Qiymətlər 30 manat ilə 50 arasında dəyişir.
Bəzi restoranlarda uşaqlar üçün menyular ya ödənişsiz, ya daha ucuz qiymətədir. Təbii ki, bu bütün restoranlara aid deyil.
Xatırladaq ki, ötən il əksər restoranlarda imsak menyusu qiymətləri 8 manatdan 13 manatadək, iftar menyusu qiymətləri isə 9 manatdan 15 manatadək təklif edilirdi.
Bu il olduğu kimi ötən il də uşaqlar üçün menyular da güzəştlər mövcud idi.
Qeyd edək ki, son illər oruc tutmuş daha çox şəxslər imsak və iftar üçün evlərini yox, restoranları üstün tuturlar. Bu səbəbdən də bəzi restoranlarda əvvəlcədən yer sifariş etmək mütləqdir. Buna səbəb isə xüsusi menyulara maraq göstərənlərin çox olmasıdır.
Oxşar yazılar

"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə veriləcək
9 iyul 2025 , 11:44
Bu BÜRCLƏRİN həyatında yaxın günlərdə möcüzələr baş verəcək
9 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
9 iyul 2025 , 08:18