<b>Nazirlik:</b> Gecikdirilmiş əməkhaqlarının işçilərə ödənilməsi təmin edilib
07 fevral 2014 17:00 (UTC +04:00)

Nazirlik: Gecikdirilmiş əməkhaqlarının işçilərə ödənilməsi təmin edilib

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş əməkhaqlarının işçilərə ödənilməsi təmin edilib. Bu barədə Lent.az-a

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Belə ki nazirlik  yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin araşdırılması nəticəsində işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 634 917 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsini təmin edib.
 

Həmin vəsaitlərdən 589 853 manatını əmək haqları, 28 952 manatını zərərə görə ödənclər, 16 112 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.


Qeyd olunan dövrdə əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 31 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar