[b]Nazir tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirdi[/b]
14 iyun 2018 14:41 (UTC +04:00)

[b]Nazir tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirdi[/b]

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının dərs ilindən tez bitməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, bir neçə il öncə ölkədə dərs ilinin müddəti 2 həftə uzadılıb. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı, 2015-ci ildən tərtib edilən dərsliklər, müəllimlər üçün metodiki vəsait 34 dərs həftəsi üçün hesablanıb.

Nazir qeyd edib ki, 2015-ci ildən əvvəl hazırlanan dərsliklərlə bağlı isə Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayıb: "Rayon təhsil şöbələrinə, məktəblərə həmin tövsiyələr əsasında materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə ətraflı məlumatlar verilib". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351

Oxşar yazılar