<b>İşçiləri müqaviləsiz işlədənlərə qarşı <span style="color:red;">MİLYONLUQ CƏRİMƏ </b>
03 may 2019 10:19 (UTC +04:00)

İşçiləri müqaviləsiz işlədənlərə qarşı MİLYONLUQ CƏRİMƏ

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi səyyar monitorinqləri davam etdirir
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 128 monitorinq həyata keçirilib.
 
Mərkəzdən ONA-ya verilən məlumata görə, monitorinqlər zamanı 4 817 nəfər yoxlanılıb və bu işçilərdən 1 115 nəfərinin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Yoxlanılmış işçilər 268 hüquqi və fiziki şəxsi təmsil edir.
 
Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 79-u üzrə inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib, 3 işəgötürən üzrə əməldə isə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1.25 milyon manat məbləğində cərimə və sanksiya tətbiq olunub.
 
Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində reallaşdırılan yoxlama tədbirləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviq edilməsinə yönəlik müxtəlif təbliğat və maarifləndirmə tədbirləri də həyata keçirilir. Son 2 il ərzində Mərkəz Bakı şəhərində yerləşən 250-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirib. Görüşlər zamanı qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həll yolları təklif olunub və metodiki tövsiyələr verilib.
 
Həyata keçirilən yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər müşahidə edilir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin 40%-i rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 10%-ə qədər azalıb.
 
Keçirilmiş 128 səyyar monitorinqin hər birindən sonra yalnız monitorinq edilmiş işəgötürənlər üzrə 51000 əmək müqaviləsi imzalanıb.
 
Ötən 2 il ərzində Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan podratçı şirkətlərin malik olduğu əmək müqaviləsi sayında təxminən 2 dəfəyə yaxın artım müşahidə edilib. Belə ki, Mərkəzin yaradıldığı dövrdə bir podratçı şirkət orta hesabla 36 əmək müqaviləsinə malik idisə, hazırda bu göstərici 71 əmək müqaviləsidir.
 
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bildirir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmamalıdır. İşəgötürənlərə əmək münasibətləri ilə bağlı qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etmələri, işçilərə isə işə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyə olunur.
 
Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.
# 730
avatar

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17