![[b]İlham Əliyevdən Azərbaycanın pravoslav xristian icmasına TƏBRİK[/b]](https://lent.az/storage/news/2019/april/26/big/cbd1e2a4c28276a592a74f14a36804ce.jpg)
[b]İlham Əliyevdən Azərbaycanın pravoslav xristian icmasına TƏBRİK[/b]
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
ONA xəbər verir ki, təbrikdə deyilir: "Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Yüz illər boyu Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması müasir dünyada ölkəmizi nümunəvi tolerantlıq məkanı və multikulturalizm mərkəzlərindən biri kimi tanıtmışdır. Etnik-dini müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması və təşviqi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə zəngin təcrübəsi açıq şəkildə göstərir ki, multikulturalizm cəmiyyətdə həmrəyliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir. Əminəm ki, xristian həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə səylərini əsirgəməyəcəklər.
Dirçəlişi, yeniliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirən Pasxa bayramı insanların qəlbində inam və gələcəyə ümid hissi oyadır, onları xeyirxahlığa yönləndirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!"
Oxşar yazılar

Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40
Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18