![](http://news.lent.az/upload/images/other/9a624835a8351ec1aa0c43854c71665c.jpg)
![<span style="color:red;">Ət bazarındakı SON DURUM : "Qiymətlərin baha olmasına səbəb..."](https://lent.az/storage/news/2019/may/26/big/2478e160b0bbe4d87683e89a93e29d0b.jpg)
Ət bazarındakı SON DURUM: "Qiymətlərin baha olmasına səbəb..."
Cari ilin yanvar-aprel aylarında Azərbaycana 23 milyon 796,57 min ABŞ dolları dəyərində ət idxal edilib.
Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu göstərici ötən ilin eyni dövrü (19 milyon 357,37 min dollar) ilə müqayisədə 22,93 faiz çoxdur.
Statistik məlumatlara əsasən ölkə özünün ət və ət məhsullarına olan tələbatının 84.7 faizini təmin edir.
Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Vahid Məhərrəmov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı adambaşına illik norma kimi əti 74 kiloqram müəyyənləşdirib:
![](http://news.lent.az/upload/images/other/9a624835a8351ec1aa0c43854c71665c.jpg)
“Bu o deməkdir ki, ölkə il ərzində təxminən 7980 min ton ət istehsal etməlidir. Azərbaycan isə 320000 ton ət istehsal edir ki, bu da onun yarısı qədər belə deyil. Bu, ümumi rəqəmin 40 faizidir. Belə olanda isə defisit, yəni ət çatışmazlığı yaranır. Ölkədə nisbətən alıcılıq qabiliyyəti artanda isə o dəqiqə ətə ehtiyac yaranır və daxildə kifayət qədər ət olmadığı üçün xaricdən idxal olunur”.
İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan yetərincə ət istehsal edə bilmədiyi üçün bazarda qiymət stabil deyil və ölkədə Gürcüstan, İran, Ermənistan, Rusiya və digər ölkələrə nisbətən ətin qiyməti yüksəkdir:
“İdxal səbəbləri, birincisi, ət çatışmazlığına görə, ikincisi isə qiymətlərin baha olması səbəbindəndir. Qiymətlərin baha olmasına səbəb isə təklifin yetərincə olmamasıdır. Yəni istehsal və idxalla birlikdə ət 380 min tona yaxın olur ki, ümumilikdə bu da ölkə əhalisinin ətə tələbatını ödəmir”.
V.Məhərrəmov son olaraq deyib ki, Azərbaycanda ət ilə özünü təminat 40 %, idxalla birlikdə isə təxminən 56-57%-dir:
“Azərbaycan çox az sayda ölkələrdəndir ki, ərzaq məhsulları ilə bağlı illik normaları qəbul etməyib və etmir. Rusiyada, eləcə də dünyanın bütün ölkələrində, hətta Tacikistanda belə bu normalar qəbul edilib. Tələbatın ödənməsində 85% isə ona əsaslanır ki, Azərbaycanda adambaşına illik norma 35 kq götürülür”.
![avatar](/storage/authors/71261544_59301322_2330722217203553_6289834619780988928_n.jpg)
Hicranə Əlişqızı
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)