[b]Cəsarət Valehov:[/b] “Təhsil-media dialoqunun daha yaxşı olmasını istəyirik”
09 iyun 2014 12:11 (UTC +04:00)

[b]Cəsarət Valehov:[/b] “Təhsil-media dialoqunun daha yaxşı olmasını istəyirik”

“Bu gün rəqəmsal, sürətli, xətli media bütün insanları, məişəti əhatə edib. Belə olan təqdirdə “yeni media ilə iş təcrübəsi necə olmalıdır, media ilə iş qurmaq imkanlarını haradan axtarıb tapmalıyıq” kimi suallara cavab tapmalıyıq. “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda keçirilən konfransda bu məsələlər ətrafında müzakirələr aparılacaq”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, ali məktəblərin mətbuat xidməti rəhbərlərinin iştirak etdiyi bu cür konfranslar gələcəkdə paytaxtda və eləcə də bölgələrdə davam etdiriləcək.

 

C. Valehov deyib ki, konfrans müzakirələrlə problemlərin birgə həll yolunu tapmağa çalışacaq: “Biz istəyirik ki, təhsil və media dialoqu daha yaxşı səviyyəyə gəlib çatsın. Mediada təhsillə bağlı yazılan yazıların mahiyyəti, məzmunu forma baxımından daha mükəmməl formaya gəlib çıxsın, media qurumlarının təmsilçiləri, Təhsil Nazirliyinə aid olan universitetlərin media ilə məşğul olan təmsilçilər media ilə təhsil dialoqundan ortaya çıxan mahiyyəti görə bilsinlər. Təhsil ekspertlərinin iştirakı ilə buna güzgü tutmağa çalışacağıq. Dünya çox ciddi dəyişir və buna uyğun olaraq təhsil-media da məzmun, forma baxımından çox ciddi dəyişikliyə uğrayır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar