[b]Bu yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir[/b]
18 mart 2019 17:26 (UTC +04:00)

[b]Bu yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir[/b]

Novruz bayramı şənliklərinin qeyd edilməsi məqsədilə Bakıda bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, martın 19-u səhər saatlarından etibarən tədbir tam başa çatanədək İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız Qalası və Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. 
 
Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Lent.az-a dediyinə görə, “Azneft” meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. 
 
Bundan əlavə, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.
 
"Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək. Eyni zamanda, sürücülərdən, avtomobil sahiblərindən xahiş olunur ki, xüsusən günün qaranlıq saatlarında yorğun, yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsinlər, yol hərəkət qaydalarına ciddi riayət etsinlər".
 
V.Əsədovun dediyinə görə, bölgələr istiqamətində hərəkət edən sürüclərə bir qayda olaraq təhlükəsizlik kəmərindən istifadə etmək, yol boyu hərəkəti nizamlayan nişanların göstəricilərinə və sürət həddinə əməl etmələri tövsiyə olunur. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671
avatar

Oxşar yazılar