![[b]Bu məktəblərin direktorlarının maaşı artırılıb[/b]](https://lent.az/storage/news/2019/april/11/big/7f765351f40b487509b82b2f8d3604f2.jpg)
[b]Bu məktəblərin direktorlarının maaşı artırılıb[/b]
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
İndiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin 482 aylıq vəzifə maaşı manat olub. Dəyişikliyə əsasən, direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb. direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.
Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.
Oxşar yazılar

İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26
İnsanların fərqli yaşlanmasının sizin bilmədiyiniz 3 SƏBƏBİ
1 iyul 2025 , 18:12
Küləklə bağlı növbəti XƏBƏRDARLIQ
1 iyul 2025 , 17:23
Cümşüdü "ölümə aparan" çuxura 15 gün əvvəl baba-nəvə də düşmüdü - HADİSƏ YERİNDƏN REPORTAJ
1 iyul 2025 , 17:13
Leysan və dolu yağacaq - XƏBƏRDARLIQ
1 iyul 2025 , 16:41