![[b]"AzTV-dəki islahatlar tamaşaçılarda böyük ümidlər yaradır" - Deputat[/b]](https://lent.az/storage/news/2019/may/06/big/b2efe6a03880e5546e6389a45c4a5169.jpg)
[b]"AzTV-dəki islahatlar tamaşaçılarda böyük ümidlər yaradır" - Deputat[/b]
“Bir vaxtlar əməkdaşı olduğum Azərbaycan Televizyasında doğma təşkilat kimi baş verənlər mənim də diqqətimi çəkir. Son üç ayda AzTV-nin ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) fəaliyyətində ciddi dəyişikliklər, islahatlar hiss olunur. Xüsusilə yeni studiyaların təqdimatı, mövzuların əhatəliliyinin daha da genişləndirilməsi, verilişlərin rəngarəngliyi, formaca müasir, məzmunca milliliyi və eyni zamanda ciddi kadr islahatları ilk diqqətə çarpan məqamlardır. Bununla belə, bu islahatlara əsaslanaraq daha bir sıra yenilikləri, xüsusilə də bədii verilişləri və xəbərləri Azərbaycan Televizyasında görmək istərdik”.
Lent.az xəbər verir ki, bunu "Report"a xalq yazıçısı, tanınmış jurnalist, deputat Elmira Axundova bildirib.
Azərbaycan Prezidentinin QSC-nin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı iki ay əvvəl 3 milyon manat ayırdığını xatırladan E.Axundova deyib ki, son üç ayda aparılan islahatlar fonunda peşəkar kadrların AzTV-yə cəlb olunması, bir sıra mütəxəssislərin yenidən televiziyaya qaytarılması təqdirəlayiqdir.
Deputat vurğulayıb ki, məhz peşəkarların cəlb olunması verilişlərin məzmun və formatında özünü büruzə verir, tamaşaçıların bədii zövqünün formalaşmasına mühüm təsir göstərir: "Peşəkarların televizyaya cəlb edilməsinin geniş miqyası elə peşəkar yanaşmadır. Xüsusilə “Xəbərlər” studiyasının yenilənməsi, təqdimat formatının tamam müasirləşdirilməsi, sərbəstlik, yeni rənglilik, “Xüsusi reportaj” layihəsi audutoriyada geniş marağa səbəb olub. “Xəbərlər”in çəkiliş qrupunun ayrı-ayrılıqda, birbaşa yayıma çıxmaq üçün texniki avadanlıqla təminatı, informasiya proqramları studiyasının tam olaraq rəqəmsal və “lentsiz texnologiya”ya keçidi, qeyri-xətti montaj və kompüter qrafikası stansiyalarının tətbiq edilməsi bir peşəkar jurnalist kimi diqqətimi çəkir. Ümmiyyətlə, seyr etdikcə studiyalar yeni formatda göz oxşayır. Siyasi verilişlərdən “Rakurs”, “Planet” kimi proqramların yeni studiyalarda təqdim edilməsi maraqlıdır. “Nəsillərin debatı” və digər bir sıra yeni verilişlərin müasir formatda təqdimatı, qonaqların müxtəlifliyi tamaşaçıların diqqətini daha da çoxaldır. Verilişlərin mövzularında media, internet, sosial media və sair haqqında mövzuların dinamikliyi seyrçi marağına səbəb olur. Çox istərdik və ümid edirik ki, bu dinamika ilə xəbərlərin təqdimatında mövzuların daha da çeşidliyi artacaq və rəsmi xronika ilə mütənasiblik təşkil edəcək”.
E.Axundovanın sözlərinə görə, “Mədəniyyət” kanalında da istər verilişlər, istərsə də xəbərlərin təqdimatında baş verən yeniliklər diqqət çəkir: “Bədii-estetik cəhətdən AzTV-nin əvvəlki ənənəsinin qayıtması, xüsusilə bu günlərdə keçmiş tanınmış diktorların dəvət olunaraq onlarla görüş keçirilməsi, fikir mübadiləsi aparılması Azərbaycan Televizyasının yeni fəaliyyətinin gələcəyi ilə bağlı böyük ümidlər yaradır”.
Tanınmış jurnalist Azərbaycan Televizyasının yeni rəhbrliyinin həyata keçiriyi bu və ya digər islahatların tamaşaçılarda böyük ümidlər yaratdığını diqqətə çatdırıb.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)