9 yaşlı uşağa qaraciyər köçürüldü
Azərbaycanda daha bir azyaşlı üzərində qaraciyər transplantasiyası əməliyyatı icra olunub. Əməliyyat Mərkəzi Gömrük Hospitalında, cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilib.
M. Kazımi e-tibb.az-a bildirib ki, anadangəlmə metabolik xəstəlikdən əziyyət çəkən 9 yaşlı Nərmin Cəfərlinin qaraciyərində pozğunluq yaranıb. Qida borusundan qanaxma ilə xəstəxanaya yerləşdirilən uşağa son olaraq sirroz diaqnozu qoyulub.
Azyaşlıya anasından qaraciyər köçürülüb. Həkim bildirib ki, uşağın vəziyyəti qənaətbəxşdir, donor isə artıq evə buraxılıb.
656