![[b]91 şagirdin qiyməti dəyişdirilib - DİM[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]91 şagirdin qiyməti dəyişdirilib - DİM[/b]
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını açıqlayıb.
DİM-dən Lent.az-a verilən xəbərə görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına açıq tipli tapşırıqlar ilə əlaqədar 234 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,20%i) 1419 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
Onlardan 91 şagirdin (bütün imtahan verənlərin 0,08%-i) cəmi 124 tapşırıq (bütün tapşırıqların 0,005%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
Oxşar yazılar

Azərbaycan 12 illik təhsil sisteminə keçir? – RƏSMİ CAVAB
8 avqust 2025 , 10:39
Azərbaycanın bu bölgəsinə dolu düşdü - GÜNÜN HAVASI
8 avqust 2025 , 09:42
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
8 avqust 2025 , 08:18
Yas plovu toy yeməklərindən niyə daha dadlıdır? - VİDEO
8 avqust 2025 , 08:06
Hansı hava şəraitində inşaatda işləmək olmaz? - VİDEO
8 avqust 2025 , 05:50
Xaricdə universitet seçərkən aldanmamaq üçün nə edək? - VİDEO
8 avqust 2025 , 03:21
Güzgü tarixi 8.08 pul yağışı gətirəcək: hansı BÜRCLƏRİN cüzdanları dolacaq
8 avqust 2025 , 00:02