Mütəmadi olaraq müxtəlif aksiyalar təqdim edən Kapital Bank, iyun-iyul ayları ərzində “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereya keçirib. Lotereyanın nəticələrinə əsasən Bankın 37 müştərisi səyahət paketi qazanıb.
Şərtlərə görə, Kapital Bank-dan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Azərbaycanın dilbər guşələri olan Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduz mehmanxanalara səyahət paketləri əldə ediblər.
Lotereya ərzində 36 ədəd standart və 1 ədəd Jumeirah Bilgah Beach Hotel-ə VIP paket sahiblərinə çatıb. Hər həftənin bazar ertəsi günü təsadüfi seçim proqramı vasitəsilə keçmiş həftənin qalibləri müəyyən edilib. Lotereyada qalib gələn müştərilər haqqında məlumat www.dincelmekvaxtidir.az saytında dərc edilib.
Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.