
"Azərbaycanda havanın orta temperaturu 1,40 dərəcə yüksəlib" - Nazir
"İqlimin sürətlə istiləşməsi tendensiyası ölkəmizdə də özünü biruzə verir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır".
APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, araşdırmalara görə, 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,40 dərəcə yüksəlib: "İki dövr arasında - 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlillərə görə, Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14 faiz azalıb. Bu proseslərin qarşısını almaq mümkün deyil, lakin beynəlxalq təcrübə göstərir ki, əvvəlcədən xəbərdarlıq verməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədi ilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə xidmət göstərən müasir müşahidə sistemləri olan radarların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeoroloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür".
Nazir qeyd edib ki, havaların isti keçməsi ilə əlaqədar bəzi bölgələrdə yağışın intensivliyi azalıb: "Dənizkənarı bölgələrdə, Abşeron yarımadasında, ölkənin cənubu və şimalında yağışlar daha intensiv xarakter daşıyır. Amma digər rayonlarda azalma baş verir. Bu regionlarda iqlim proseslərinin dəyişməsinin proqnozlaşdırılan risklərinin üstündə çalışmalıyıq. Bu risklərin qarşısını almaq üçün yumşaldılma prosesi getməlidir”.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05
Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03
"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55