Azad Həsənov aclığı dayandırıb: <span style="color:red;">Ombudsman
31 iyul 2019 17:11 (UTC +04:00)

Azad Həsənov aclığı dayandırıb: Ombudsman

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri növbəti başçəkməni əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında keçiriblər.
 
Qurumdan Lent.az-a verilən məlumata görə,  BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub. Bu baxımdan müraciətlərin, saxlanılma şəraitinin, rəftar məsələlərinin, habelə tibbi yardım, qidalanma və digər hüquqların təminatı vəziyyətinin araşdırılması ilə bağlı bu müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunublar.
 
Başçəkmə çərçivəsində həmin istintaq təcridxanasında saxlanılan Azad Həsənov da MPQ üzvləri tərəfindən konfidensial qəbul olunub, müraciəti dinlənilib və nəticədə, o, yemək qəbulundan imtina ilə bağlı aksiyasını dayandırıb.
 
Qəbul olunmuş şəxslərin hüquqlarının təmini vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, onlardan bəziləri barələrində aparılan cinayət işləri üzrə istintaqdan, məhkəmə hökmlərindən narazılıqlarını bildiriblər.
 
Başçəkmə çərçivəsində saxlanılan şəxslərə hüquqları izah edilib, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər isə yerində təmin edilib.
 
Qeyd olunanlarla yanaşı, bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də yerində yoxlanılıb, saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb və müvafiq tövsiyələr verilib.
 
Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Oxşar yazılar