"Damarlarımı dəyişdilər" <span style="color:red;">- sabiq təhsil naziri
08 yanvar 2015 17:11 (UTC +04:00)

"Damarlarımı dəyişdilər" - sabiq təhsil naziri

0

“Ayaqlarımın yaraları yavaş-yavaş sağalır, inşallah 5-10 günə daha da yaxşı olacaq”. Lent.az-ın məlumatına görə, bunu aznews.az-a açıqlamasında sabiq təhsil naziri Firudin Cəlilov deyib. O, əlavə edib ki, ayaq damarlarında ciddi problem olub: “Ayaq damarlarımı dəyişdirdilər. Bu əməliyyatdan sonra hər şey yaxşılığa doğru gedir. Hər iki aydan bir Türkiyəyə yoxlamaya gedəcəm”. 

Qeyd edək ki, sabiq təhsil naziri, professor Firudin Cəlilov dekabrın 15-də Türkiyədə yenidən əməliyyat olunub. Əməliyyat Ankaranın Bayındır xəstəxanasında həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar