“Zerkalo” qəzeti Azərbaycan Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb. Lent.az-ın Turan-a istinadən verdiyi məlumata görə, qəzetin baş redaktoru Elçin Şıxlı Mətbuat Şurasından çıxmaq haqqında ərizənin bir həftə əvvəl verildiyini bildirib: “Bu qərarı MŞ-nin “Zerkalo” qəzetinin düşdüyü ağır vəziyyətə biganə qaldığını gördükdən sonra qəbul etdim”.
Qeyd edək ki, 2014-cü ildə 1990-cı ildə təsis edilmiş “Zerkalo”ya reklam verilməsi dayandırılıb. Gündəlik formatdan həftəlik formata keçdikdən sonra qəzet Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun dəstəyini də almırdı.
Onu da qeyd edək ki, qəzetin icmalçısı Rauf Mirqədirov aprel ayında vətənə xəyanət ittihamı ilə həbs edilib.