Mayın 31-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ““Gəncləri GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədəki qanunvericilik aktları barədə maarifləndirmək” layihəsi çərçivəsində jurnalistlər və gənclər təşkilatlarının üzvləri arasında elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqənin nəticələrinin açıqlanması ilə bağlı keçirilən tədbirdə gənclər təşkilatlarının, media orqanlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd gənclərin GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr və Azərbaycanda bu istiqamətdə qanunvericilik sahəsində atılan addımlar barədə məlumatlandırmaq, yazılı və elektron KİV-lərin bu sahədə maarifləndirmə işlərinə cəlb etməkdir. Layihə çərçivəsində jurnalistlər arasında GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr və Azərbaycanda bu istiqamətdə qanunvericilik sahəsində atılan addımlarla bağlı yazı müsabiqəsi elan edilib. Müsabiqəyə yazılı və onlayn mediada çalışan jurnalistlər, o cümlədən gənclər təşkilatlarının fəal üzvləri tərəfindən 9 yazı təqdim olunub. Müsabiqə Komissiyası yazıları qiymətləndirib və qaliblər müəyyənləşdirilib.
Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu qalibləri təbrik edib.
Daha sonra qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.